Press "Enter" to skip to content

Qurbanqulu Berdimuhamedov Pakistana rəsmi səfərə dəvət edilib

Qurbanqulu Berdimuhamedov

Son yeniləmə: 14 Avqust 2024 11:32

BAYRAQDAR MEDİA – Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdimuhamedovu Pakistana rəsmi səfərə dəvət edib.

Bu barədə turkmenportal.com saytı məlumay yayıb.

Məlumata görə, bununla bağlı məktubda iyul ayında Astanada keçirilən xoş görüşə görə minnətdarlıq bildirilib: “Məktubda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşün Türkmənistanla Pakistan arasında əməkdaşlığın daha da gücləndirilməsinə dair bir sıra təkliflərin səmərəli müzakirəsinə imkan verdiyi qeyd edilir. “Pakistan-Türkmənistan münasibətlərinin yeni səviyyəyə qaldırılmasına şəxsi münasibətiniz məni çox heyran etdi. Pakistan Türkmənistanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir. Ölkələrimiz ümumi tarixi dəyərlərinə və coğrafi mövqelərinə görə dost və tərəfdaşdırlar. İkitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə mən Zati-alilərini Pakistana rəsmi səfərə dəvət edirəm və Sizi salamlamaq fürsətini səbirsizliklə gözləyirəm” deyə məktubda əlavə edilib.

Mission News Theme by Compete Themes.