Press "Enter" to skip to content

“Komando başlanğıc kursu”nun buraxılış mərasimi

Komando

BAYRAQDAR MEDİA – 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, “Komando başlanğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə deyilir ki, “əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, kurs iştirakçılarına Nazirliyin rəhbərliyinin təbrikləri çatdırılıb. Mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar”.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Mərasimin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Mission News Theme by Compete Themes.