Son yeniləmə: 14 Avqust 2024 10:37
BAYRAQDAR MEDİA – Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində paytaxt üzrə 51 layihə qalib olub. Onlardan 1-i ümumi təhsil müəssisələri kateqoriyası, 50-si isə fərdi kateqoriya üzrə fərqlənib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir”.