Press "Enter" to skip to content

Bəzi rayonlara suyun verilməsi rejimində dəyişiklik edilib

Son yeniləmə: 14 Avqust 2024 14:35

Oğuz – Qəbələ su xəttində aparılan işlər sürətlə davam etdirilir

BAYRAQADR MEDİA – Avqustun 12-i gecə saatlarından başlayaraq, Oğuz – Qəbələ xəttində təmir-bərpa işləri aparılır. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 14-də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq”.
Məlumata görə, Oğuz – Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Mission News Theme by Compete Themes.