Son yeniləmə: 12 Avqust 2024 23:46
BAYRAQDAR MEDİA – Avqustun 12-də səhər saatlarında Qırğızıstanın İssık-Kul və Çolpan-Ata bölgələrinin quzey sahillərində yerləşən üç kənddə torpaq sürüşməsi baş verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib ki, sürüşmə nəticəsində kəndlərdə 17 ev su altında qalıb: “Çolpan Ata bələdiyyə sədri Daniyar Satarov şəhərdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb. D.Satarov axtarış-xilasetmə işlərinin tam sürətlə davam etdiyini bildirib. Torpaq sürüşmələrinə və palçıq axınlarına nəzarət və bölgədəki turistlərin təhlükəsiz ərazilərə köçürülməsi üçün səylər davam etdirilir”.