Press "Enter" to skip to content

“Bir peşənin sirri” Festivalı keçiriləcək

Bir peşənin sirri

Son yeniləmə: 12 Avqust 2024 22:42

BAYRAQDAR MEDİA – Avqustun 14-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Bir peşənin sirri” Festivalı keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev parkda saat 17:00-dan 20:00-dək keçiriləcək. Festivalda iştirakçılar müxtəlif peşə sahələri üzrə ustad dərslərində iştirak edərək öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Eyni zamanda, emalatxanalarda istifadə olunan avadanlıqların nümayişi və istifadəsi barədə geniş məlumat veriləcək”.

Daha sonra xəbərdə, “tədbirin məqsədi peşə təhsilinə marağın artırılması, gənclərin bu sahəyə cəlb olunması və onların peşəkar karyera qurma potensialını üzə çıxarmaqdır. Festival çərçivəsində ziyarətçilər müxtəlif peşə sahələri üzrə mütəxəssislərlə tanış ola biləcək, onların təcrübələrindən bəhrələnəcək və maraqlandıran suallarını birbaşa cavablandırma imkanı əldə edəcəklər. Festival həmçinin iştirakçıları gələcəkdə bu sahədə fəaliyyət göstərməyə təşviq edəcək və onların peşəkar bacarıqlarını inkişaf etdirilməsinə şərait yaradacaq. Tədbir, peşə təhsili və karyera inkişafı ilə maraqlanan hər kəs üçün açıqdır və ödənişsiz olaraq təşkil olunacaq” deyə qeyd edilir.

Festivalda iştirak etmək istəyənlər üçün əlavə məlumat və proqram detallarını Agentliyin rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.