Son yeniləmə: 12 Avqust 2024 23:36
BAYRAQDAR MEDİA – “Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib. Din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.
Bəyanatda deyilir ki, İcma Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır: “Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir. İcma həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyllərə imkan verməməyi tələb edir”.