Press "Enter" to skip to content

Zorlu Töre Böyük Hun Türk Qurultayına qatılıb

Zorlu Töre

Son yeniləmə: 12 Avqust 2024 09:25

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) parlamentinin sədri Zorlu Töre Macarıstanda keçirilən Böyük Hun Türk Qurultayına qatılıb.

Bu barədə gundemkibris.com saytı məlumat yayıb.

Bildirilib ki, “Qurultay çərçivəsində Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı və Türk Akademiyasının birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Törə də iştirak edib”.

Məlumata görə, Buğaç düzündə keçirilən görüşdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömurəliyev, TÜRKSOY-un baş katibi Sultan Raev, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Macarıstan Turan Fondununb prezidenti Andras Zsolt Biro və digər rəsmi şəxslər iştirak ediblər: “Mərasimdəki çıxışında türk dövlətlərinin əməkdaşlığının əhəmiyyətinə toxunan Z.Töre KKTC olaraq türk dünyasından böyük gözləntilərinin olduğunu qeyd edib. Azərbaycanla son zamanlar geniş vüsət alan əlaqələrin digər türk dövlətləri üçün də nümunə olacağına ümid edən Z.Töre Kıbrıs türklərinin türk dünyasının ayrılmaz bir parçası olduğunu qeyd edib”.

Məlumatda deyilir ki, Z.Töre, KKTC-nin Doğu Akdenizdə türk dünyası üçün strateji mövqedə olduğunu ifadə edərək, türk dövlət və icmaları ilə bağlı qurumların KKTC və Kıbrıs türk xalqı ilə daha yaxın əlaqələr qurmasını arzulayıb.

Mission News Theme by Compete Themes.