BAYRAQDAR MEDİA – Avqustun 12-si saat 17:00-da Xəzər Gününün əhəmiyyətinə diqqət çəkmək məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda maraqlı və əyləncəli tədbir təşkil olunacaq.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “tədbir zamanı Xəzərsahili əraziləri əhatə edən milli parkların stendləri sərgilənəcək, interaktiv zona yaradılacaq, iştirakçılar arasında ekoviktorina təşkil ediləcək, həvəskar rəssamlar və könüllülər Xəzər dənizini əks etdirən rəsmlər çəkəcək, müxtəlif yaş qrupundan olan uşaqlar və gənclər üçün interaktiv oyunlar keçiriləcək”.
Tədbir çərçivəsində, həmçinin IDEA İctimai Birliyinin dəstəyi ilə çəkilmiş “Qızılağac Milli Parkı”na həsr olunmuş film nümayiş etdiriləcək. Filmin nümayişi saat 19:30-da başlayacaq.