BAYRAQDAR MEDİA – Avqustun 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunmuş Ramil Vəliyev kollektivə təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.
Xəbərdə deyilir ki, “təqdimatda Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və Kollecin inzibati və pedaqoji heyəti iştirak edib. Qeyd edək ki, R.Vəliyev 1998-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) “Texnoloji maşınlar və avadanlıqlar” ixtisası üzrə bakalavriat səviyyəsini, 2000-ci ildə eyni ixtisas üzrə magistratura səviyyəsini bitirib. Hazırda həmin universitetdə doktorantura səviyyəsi üzrə təhsil alır”.
R.Vəliyev bu təyinatadək 2002-ci ildən etibarən ATU-da laboratoriya müdiri, baş müəllim, bölmə rəhbəri və dekan müavini vəzifələrində çalışıb.