Press "Enter" to skip to content

Kərkükdə türkmənlərin hüquqları pozulur

Kərkük

Son yeniləmə: 12 Avqust 2024 10:03

BAYRAQDAR MEDİA – Kərkük Əyalət Şurası avqustun 10-da keçirilən iclasında şəhərin yeni valisini və Əyalət Məclisinin sədrini seçib. Seçkidə Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) partiyasının üzvü Rebvar Taha vali təyin edilib. Həmçinin Ərəb Koalisiyasından Məhəmməd Hafiz Əyalət Məclisinin sədri seçilib.
16 üzvü olan Əyalət Məclisinin cəmi 9 üzvünün qatıldığı seçkiyə türkmən üzvləri qatılmayıb.

Öz növbəsində Birləşmiş İraq Türkmən Cəbhəsi Siyahısı tərəfindən seçki ilə bağlı mətbuata açıqlama verilib.

Bu barədə turkmenelitv.com saytı məlumat yayıb.

Bildirilib ki, İTC sədri Hasan Turan mətbuata açıqlamasında qanuna zidd olaraq Kərkükdə keçirilən hökumətin qurulma sessiyasının rədd ediləcəyini və sessiyanın nəticələrinin etibarsız sayıldığını deyib.

Mətbuata açıqlamada türkmənlərin kənarlaşdırıldığı bu sessiyanın qanuna zidd olduğu bildirilib.

O da qeyd olunub ki, bu iclas qanuna zidd olduğu üçün etibarsız hesab edilərək məhkəməyə verilməlidir.
Türkmən nümayəndələri Kərkükdəki bu ədalətsiz vəziyyətə qarşı mübarizə aparacaqlarını və bütün qanuni vasitələrdən istifadə edəcəklərini bəyan ediblər.

Mission News Theme by Compete Themes.