Son yeniləmə: 12 Avqust 2024 11:09
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi 2024-cü il avqustun 11-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
Bu barədə DİM-in məlumatında qeyd edilib.
Məlumata əsasən AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib: “Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda 56 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən, AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 1, AB3 altqrupu üzrə 2, AC1 altqrupu üzrə 4, AC2 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 1, BA1 altqrupu üzrə 5, BA2 altqrupu üzrə 5, BA3 altqrupu üzrə 9, BA4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 38 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb”.
Məlumatda vurğulanıb ki, elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 12-14 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 108. BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.