Press "Enter" to skip to content

AK Parti Eskişehirdə bayram tədbiri keçirib

AK Partinin loqosu

Son yeniləmə: 12 Avqust 2024 11:41

BAYRAQDAR MEDİA – AK Parti Eskişehir İl Başqanlığı tərəfindən partiyanın yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “bayram pikniki AK Partinin sədr müavini və İzmir millət vəkili Hamza Dağ, həmçinin və sədr müavini Hasan Basri Yalçının iştirakı ilə keçirilib. Proqrama partiya üzvlərindən əlavə həftə sonunu ailələri ilə birlikdə keçirmək istəyən yüzlərlə vətəndaş da qatılıb”.

Məlumata görə, qonaqlara müxtəlif yeməklər və içkilər təklif olunarkən, uşaqlar üçün xüsusi oyun meydançaları yaradılıb.

Mission News Theme by Compete Themes.