Press "Enter" to skip to content

Peşə təhsili almaq üçün müraciət edənlərin sayı artıb

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı ilk 10 gün ərzində maraq rekord səviyyəyə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “prosesin ilk 10 günü ərzində 21 min 151 nəfərdən 67 min 318 müraciət daxil olub. Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul – 12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsi ilə müraciət göndərməlidirlər. 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 min 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 12 avqust 18:00-dır”.

Mission News Theme by Compete Themes.