BAYRAQDAR MEDİA – Sofiya və Brüsseldə təsdiqlənən məlumata görə, Bolqarıstan Baş nazirin keçmiş müavini Mariya Qabriel NATO baş katibinin müavini ola bilər.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “M.Qabriel bu məsuliyyətli vəzifəni öhdəsinə götürmək üçün beynəlxalq təcrübəyə malikdir. Mariya Qabriel Avropa Xalq Partiyasında Avropa Parlamentinin üzvü kimi karyerasına başladığı və daha sonra Ursula fon der Leyenin rəhbərlik etdiyi ilk Avropa Komissiyasında Avropa komissarı vəzifəsində çalışdığı Brüsseldə yaxşı tanınır”.
Məlumata görə, 2023-cü ildə M.Qabriel Brüsseldəki yüksək vəzifəsindən imtina edərək Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri oldu.
Oktyabr ayından etibarən NATO-nun baş katibi kimi fəaliyyətə başlayacaq hollandiyalı Mark Ruttenin özünə müavin təyin etmək hüququ var.