Press "Enter" to skip to content

“Euronews” telekanalında Qəbələdən bəhs edən reportaj yayımlanıb

Son yeniləmə: 9 Avqust 2024 10:29

BAYRAQDAR MEDİA – “Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra” adlı video-reportajı yayımlayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustn 9-da Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir və digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur. Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir”.

Məlumata görə, reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir: “Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək təəssüratlarını izləyicilərlə bölüşür”.

Mission News Theme by Compete Themes.