Press "Enter" to skip to content

Dünyanın 100 ən böyük müdafiə şirkəti arasında5 türk şirkəti

Son yeniləmə: 9 Avqust 2024 09:56

BAYRAQDAR MEDİA – ABŞ-ın “Defence News” nəşri tərəfindən hazırlanan “Top 100 For 2024”ün nəticələri açıqlanıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “bu il 5 türk şirkəti dünyanın 100 ən böyük müdafiə və aerokosmik şirkəti siyahısına daxil olub. Əvvəlki ilin maliyyə rəqəmləri ilə hər il yenilənən Defence News “Top 100 For 2024” siyahısına daxil olan türk şirkətlərinin sayı 5-ə yüksəlib”.

Məlumata əsasən, Türkiyə müdafiə və aerokosmik sənaye sektoru siyahıda 2022-ci ildə 3, 2023-cü ildə isə 4 şirkətlə təmsil olunurdusa, 2024-cü ildə bu rəqəm 5-ə çatıb: “Siyahıda ASELSAN 42-ci, TAI 50-ci, ROKETSAN 71-ci, ASFAT isə 94-cü yerdə qərarlaşıb. MKE Inc. İlk dəfə 100 ən yaxşı şirkətə daxil oldu və siyahıda 84-cü yeri tutub”.

Mission News Theme by Compete Themes.