BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən Naxçıvanın ETSN-də qulluq keçən dövlət qulluqçularına təlimlər keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “4 gün müddətində davam edən təlimlər zamanı “Dövlət qulluğu vəzifələrinin idarə edilməsi”, “İnsan resurslarının planlaşdırılması”, “Vaxtın idarə olunması”, “İqlim dəyişikliyinin təsirləri və iqlim fəaliyyətləri”, “Hidrometeoroloji müşahidələrin təşkili”, “Meşə təsərrüfatının davamlı inkişafının idarə edilmə siyasəti”, “Bioloji müxtəlifliyin qorunması siyasəti”, “Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması”, “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan xətalar”, “Ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericilik aktları” mövzularında əməkdaşlara məlumatlar verilib, onların sualları cavablandırılıb”.
Qeyd edək ki, təlimlər ilin sonunadək mütəmadi olaraq təşkil ediləcək.