Son yeniləmə: 7 Avqust 2024 11:18
BAYRAQADR MEDİA – 2024-cü ilin iyul ayı ərzində 9 min 673 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, “müavinət ödənişləri 4 min 566 nəfər qız uşağı, 5 min 107 nəfər oğlan uşağına görə aparılıb”.