BAYRAQDAR MEDİA – Şişecam Şüşə məmulatları fabriki elektrik ehtiyacını qarşılamaq üçün günəş elektrik stansiyası (GES) qurmağa hazırlaşır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki “Türkiyə Şişe ve Cam Fabrikaları AŞ, Şişecam Şüşə Əşyaları Fabriki Eskişehir Şöbəsi tərəfindən Eskişehir Odunpazarıda böyük bir günəş elektrik stansiyasının (GES) qurulması planlaşdırılır. Layihənin ümumi investisiya dəyəri təxminən 133 milyon lirə olaraq hesablanır. Şişecam tərəfindən ekoloji cəhətdən təmiz enerji investisiyası həm enerji səmərəliliyini artıracaq, həm də davamlı enerji istifadəsini dəstəkləyəcək.