Press "Enter" to skip to content

55 kq işlənmiş batareya təhvil alınıb

Batareyalar

BAYRAQDAR MEDİA – ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Energetika Nazirliyindən, “Neptun” supermarketlər şəbəkəsinin Xətai filialından, “Araz” supermarketlər şəbəkəsinin Spar-1 filialından və “Çinar Plaza” biznes mərkəzindən ümumilikdə 55 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Bildirək ki, Nazirlik hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.

Mission News Theme by Compete Themes.