Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi

Son yeniləmə: 6 Avqust 2024 09:03

BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetinə (TAU) tələbə qəbulu aparılacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Texniki Universitetindən məlumat verilib.

Bildirilib ki, “bunun üçün abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək TAU-nun tədris ingilis dilində aparılacaq ixtisaslarını (kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi) seçə bilərlər”.

Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Mission News Theme by Compete Themes.