Press "Enter" to skip to content

“MədəniyyətimİZ” proqramı çərçivəsində daha bir görüş

Akif İslamzadə ilə gənclərin görüşü keçiriləcək

Son yeniləmə: 6 Avqust 2024 09:03

BAYRAQDAR MEDİA – Xalq artisti, sevilən müğənni Akif İslamzadə ilə gənclərin görüşü keçiriləcək. Görüş Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, həmçinin “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində 6 avqust, saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində olacaq. Görüşdə Xalq artisti Akif İslamzadə Azərbaycan musiqi mədəniyyəti, estrada-vokal sənətinin tarixi və inkişafı, müasir dövrümüzdə milli musiqi sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşəcək, habelə “Milli vokal sənətinin inkişafı”, “Zəngin musiqi irsimiz” və “Səhnə yaradıcılığı” mövzularında panel müzakirə aparılacaq”.

Məlumata görə, tədbirin bədii hissəsində gənc cazmen, pianoçu Məhəmməd Allahverdiyevin ifasında “Arzu” və vokalçılar Lalə İbrahimova, Sübhan Rüstəmov, Telman Budaqovun ifasında Akif İslamzadənin ifasında sevilən digər nəğmələr və Azərbaycan bəstəkarlarının müxtəlif əsərləri tamaşaçılara təqdim olunacaq: “MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.