Press "Enter" to skip to content

Məktəbəhazırlıq qruplarına 22 mindən çox uşaq qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 6 Avqust 2024 10:27

BAYRAQDAR MEDİA – Avqustun 6-sı saat 09:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 22 min 442 uşaq elektron qeydiyyatdan keçib.

Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 6-da B.Tİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-dan aktiv edilib”.

Qeyd edilib ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər: “Onu da qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir”.

Mission News Theme by Compete Themes.