Press "Enter" to skip to content

Denizlidə tarixi kəşf

Scylla Group heykəlləri

Son yeniləmə: 6 Avqust 2024 10:28

BAYRAQDAR MEDİA – Türkiyədə, Denizlidə son vaxtlar çox mühüm tarixi kəşflər edilib.

Bu barədə qardaş ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy X sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Türk arxeologiyasının ən əhatəli və iddialı layihəsi olan “Gələcəyə Miras” layihəmiz öz bəhrəsini verməkdə davam edir. “Gələcək üçün Laodikiya İrsi” layihəsi çərçivəsində səhnə binasında davam edən bərpa işləri zamanı unikal və rəngarəng Scylla Group heykəlləri aşkar edilib”.

Paylaşımda deyilir ki, bu qeyri-adi heykəllər Ellinistik Dövrün barokko üslubunu əks etdirən və orijinal boyaları ilə günümüzə qədər gəlib çatan nadir əsərlər olduğu üçün çox əhəmiyyətlidir: “Layihədə əməyi keçən @kazardb və @LaodikeiaS qazıntı qrupuna ürəkdən təşəkkür etmək istəyirəm”.

 

Mission News Theme by Compete Themes.