Son yeniləmə: 6 Avqust 2024 09:04
BAYRAQDAR MEDİA – Denizli və Ege bölgəsinin əkinçilik sahələri üçün ən böyük su mənbəyi olan Böyük Menderes çayı gələcəkdə ciddi quraqlıqla üzləşəcək.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə Yaşar Universiteti İnşaat Mühəndisliyi Bölüm Başçısı Dos. Dr. Mir Cafer Sadiq Safari bildirib ki, gələcəkdə quraqlıq həm uzunluq, həm də şiddət baxımından artacaq. Onun araşdırması zamanı belə qənaət hasil olub ki, Ege bölgəsi daha şiddətli quraqlıqla üzləşəcək: “Büyük Menderes, Küçük Menderes və Gediz hövzələri Türkiyənin qərbindəki mühüm kənd təsərrüfatı və sənaye sahələrini əhatə edir. Bu hövzələr Türkiyənin səthinin əhəmiyyətli bir hissəsini əhatə edir və iqlim dəyişikliyinə həssasdır. Tədqiqatlar bu, regionun uzun və şiddətli quraqlıqlarla üzləşəcəyini göstərir”.