Orta Asiya ölkələrinin Dövlət Başçılarının 6-cı Məşvərət Toplantısı keçiriləcək
BAYRAQADR MEDİA– Son vaxtlat dünya düzənindən cərəyan edən hadisələr türk dünyasının, o cümlədən bu coğrafiyanın bir parşası olan Türküstan regionunun gələcəyi məsələsini də gündəmə gətirib. Elə Orta Asiya ölkələrinin Dövlət Başçılarının 6-cı Məşvərət Toplantısında da Türküstan bölgəsindəki siyasi sabitlik, iqtisadi qarışıqlıq və regional birliyin müzakirə ediləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, tədbir 9-12 avqust tarixləri arasında Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Bildirilib ki, toplantıda Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev regional yaxınlaşmaya yönəlmiş “Orta Asiya-2040” strategiyasını təqdim edəcək. Qasım-Jomart Toqayev tədbir öncəsi bildirib ki, “Regional yaxınlaşmanın prioritetləri xüsusilə beştərəfli qarşılıqlı əlaqənin genişləndirilməsinə və Orta Asiyanın beynəlxalq subyektivliyinin gücləndirilməsinə yönəlib”.
“Əminəm ki, Astanada keçiriləcək sammit zamanı bu sənədin qəbulu region üçün konseptual əhəmiyyət kəsb edəcək” deyə dövlət başçısı əlavə edib.