BAYRAQDAR MEDİA – Avqustun 9-da Astanada Orta Asiya ölkələrinin liderlərinin məşvərət toplantısı keçiriləcək.
Şavkat Mirziyoev avqustun 7-8-də Qazaxıstanda dövlət səfərində olacaq.
Bu barədə platina.uz saytı məlumat yayıb.
Bildirilib ki, avqustun 9-da Özbəkistan Prezidenti Astanada Mərkəzi Asiya ölkələri liderlərinin məşvərət görüşündə iştirak edəcək.
Xatırladaq ki, Şavkat Mirziyoyev Qazaxıstana sonuncu dəfə bir ay əvvəl, ŞƏT sammiti münasibətilə səfər etmişdi.