Press "Enter" to skip to content

Kolleclərə ixtisas seçimi başa çatır

Son yeniləmə: 5 Avqust 2024 12:55

BAYRAQDAR MEDİA – Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 5 avqust saat 23:59-dək davam edəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Məlumata görə, 5 avqust saat 09:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir: Azərbaycan bölməsi – 12 min 927; rus bölməsi – 364; cəmi – 13 min 291 nəfər.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Mission News Theme by Compete Themes.