Press "Enter" to skip to content

İnam, ümid və məhəbbət olan yerdə

Həmin zeytun ağacı: 40 gün əvvəl və ind

QHT sədrindən anlamlı paylaşım

BAYRAQDAR MEDIA – “Bu kollajı heç də təsadüfən bura yerləşdirməmişəm. Kollajda sağdakı iki şəkil iyunun 26-da Jurnalistlər binasının həyətində çəkilib. Həmin vaxt, bir gün öncə, gecəyarısı azad Qarabağdan, Zəngilandan qayıtmışdıq. CASCFEN sədri olaraq Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda iştirak etmişdim”.

Bu fikirləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.

BAYRAQDAR MEDİA xəbər verir ki, “İnam… Ümid… Məhəbbət” bağlıqlı paylaşımda QHT sədri maraqlı və anlamlı bir məqama toxunub: “Tədbirin sonunda hər bir iştirakçıya üzərində QHT Agentliyinin loqosu olan və xüsusi zövqlə bükülmüş zeytun ağacı hədiyyə edilmişdi. Bu hədiyyənin seçimi təsadüfi deyildi. Dostumz Cəsarət Hüseynzadənin də qeyd etdiyi kimi, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və zeytun ağacı bu ideyanı əks etdirir. Mən həmin hədiyyəni alan kimi ilk sözüm bu oldu: “Bunu Jurnalistlər binasının həyətində əkəcəm. Qoy bu ağac jurnalistlərlə, media ilə QHT-lərin sarsılmaz və həmişəyaşar əməkdaşlığının simvolu olsun”.

Bu ümidlə də səfərdən qayıdandan sonra səhər erkən binamızın bağbanı Mirzə dayını səsləyib, həyətdə zeytun ağacını əkdik. Bu zaman Mirzə dayı ilə dialoqumuzu da burada qeyd etməyi vacib sayıram.

Yadımdadır, Mirzə dayının “düzü belə bir isti gündə bu ağacın kök tutacağına inanmıram” sözlərinə belə cavab vermişdim: “Mirzə dayı inanmaq lazımdır, inananda, ümid edəndə və həm də sevgi, məhəbbət göstərəndə nəinki isti yay günü torpaqda, hətta qara daşda belə ağac bitər. Mən də inanıram ki, QHT Agentliyinin saf sevgi ilə hədiyyə etdiyi, əbədiliyin, yaşıllığın simvolu olan və ən əsası azad Qarabağın, Şərqi Zəngəzurun da havasını udmuş bu ağac kök atacaq. Həm də ona görə inanıram ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə əkilən bu ağac QHT-media əməkdaşlığının yeni bir simvolu kimi də kök atıb, nümunə olacaq”.

Beləliklə, əziz dostlar o tarixdən tam 40 gün keçib və bu gün mən yenidən o ağacın şəklini çəkdim. Kollajda sağdakı şəkil bu gün çəkilib. Gördüyünüz kimi dik dayanıb və inkişaf etməkdə, yaşamaqda israrlıdır. Çünki ona bu qətiyyəti verən məhz əs vacib şey var – İnam… Ümid… Məhəbbət…”

Mission News Theme by Compete Themes.