Son yeniləmə: 5 Avqust 2024 11:38
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar münaqişənin həlli ilə bağlı daha bir aşıqlama verib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, E.Tatar münaqişənin həlli üçün BMT-nin Baş katibi Antonio Quterreş və Kıbrısın rum kəsiminin lideri Nikos Hristodulidis ilə üçtərəfli görüş keçirilməsinə heç bir səbəb görmədiyini bildirib: “BMT-nin Baş katibi Antonio Quterreşdən üçtərəfli görüş üçün dəvət yoxdur. Biz hazırkı şəraitdə bu görüşün keçirilməsini qəbul etmirik. Belə bir görüşün keçirilməsi üçün heç bir əsas yoxdur”.
Məlumata əsasən, Ersin Tatar, həmçinin “Kıbrıslı rumların niyyəti müsbət təəssürat yaratmaq və türk tərəfinə təzyiq göstərməyə çalışmaqdır. Biz bu oyunlara qapılmırıq” deyib.
Onun sözlərinə görə, adanın federativ əsasda həll yolu axtarışları 2017-ci ildə Krans-Montanada uğursuz danışıqlarla başa çatdığından Kıbrıs türk tərəfi bu danışıqları yenidən başlatmaq niyyətində deyil: “Tərəflərin ortaq fikrə sahib olmadığı açıq-aşkar olduğu üçün üçlü görüşə və ya başqa bir formata ehtiyac yoxdur”.