Son yeniləmə: 5 Avqust 2024 11:29
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 5-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, şəhid Vüqar Əvəzovun atası Məmmədağa Əvəzova həkimlər tərəfindən təyin olunan diaqnoz əsasında pnevmoretinopeksiya əməliyyatı icra olunub. Məlumata əsasən, əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsi “YAŞAT” Fondu tərəfindən qarşılanıb.