Press "Enter" to skip to content

Türküstan coğrafiyasının unudulmaz qidası

Qurut

BAYRAQADR MEDİA – Türklərin min illərdir hazırladığı yemək olan qurut bu gün də Qırğızıstanda məşhur yemək olaraq qalmaqdadır.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “qurut, süzülmüş qatıqdan suyun çıxarılması ilə əldə edilir. Türküstan coğrafiyasında nəsildən-nəslə ötürülən və günümüzə qədər gəlib çatan qurut dad müxtəlifliyi, özünəməxsus rəngləri və müxtəlif ölçüləri ilə hər zövqə xitab edir”.
Məlumata görə, təbii istehsal texnikası ilə sağlam qidalara üstünlük verənlərin sevimliləri arasında yer alan qurut türklərin köçəri mədəniyyətindən miras qaldığı yemək kimi tanınır.

Mission News Theme by Compete Themes.