Son yeniləmə: 2 Avqust 2024 10:36
BAYRAQDAR MEDİA – Köçəri qırğız ənənəsinin bir parçası olan Salbuurun yarışları festival kimi keçiriləcək və Qırğızıstan mədəniyyətinin təbliğinə imkan verəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Qırğızıstanda İssık Kul gölünün güney sahilində yerləşən Bökönbayev kəndində qırğız xalqının ənənəvi ovçuluğu olan Salbuurun festivalı 3 avqustda keçiriləcək”.
Məlumata görə, festivalın təşkilatçılarından Sergey Qluxoverov müsabiqə formatından festival formatına keçən Salbuurun deyib: “Salbuurun, ov quşlarının, tayqanların və oxatanların iştirak etdiyi triatlondur. Bu il formatı genişləndirmək və festivala çevirmək qərarına gəldik. İstəyirik ki, festival insanların qırğız mədəniyyəti ilə tanış olacağı böyük bir bayrama çevrilsin”.