Press "Enter" to skip to content

Müəllim və ustaların işə qəbulu üzrə imtahan

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Avqustun 2-də 2024/2025-ci il tədris ili üçün Elm və Təhsil Nazirliyi (ETN) sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “onlayn formada elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 3 min 708 namizəddən 2 min 375 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən 1 min 863 namizəd vakant yerlər uğrunda mübarizə aparıb. 150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar”.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Mission News Theme by Compete Themes.