Son yeniləmə: 2 Avqust 2024 10:22
BAYRAQDRA MEDİA – GERB-SDS lideri Boyko Borisov koalisiyanın üçüncü hökuməti qurmaq tapşırığını alan “İma takav naros” partiyası ilə görüşəcəyini təsdiqləyib. Lakin o, deputatların bu Xalq Məclisi çərçivəsində hökumətə səs verməyəcəklərini açıqlayıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
B.Borisov, “Bizim masaya qoymaq üçün proqramımız var, biz artıq birinci hökumətin formalaşdırılması tapşırığı çərçivəsində onlarla danışıqlar aparmışıq. İnanıram ki, bu görüşlər ona görə faydalıdır ki, seçkidən sonra bizə müdriklik öyrədəcək”deyib.