Press "Enter" to skip to content

BŞTİ-yə iyulda 17 mindən çox müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 2 Avqust 2024 10:24

BAYRAQDAR MEDİA – İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 min 302 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BAYRAQADR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 min 105 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4 min 747 müraciət daxil olub. BŞTİ-yə 2 min 983 sənəd (vətəndaşlar tərəfindən 381 ərizə, Elm və Təhsil Nazirliyindən 439, digər qurumlardan 343, tabelikdə olan təhsil müəssisələrindən 679 məktub və 1 min 141 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 467 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir”.

Mission News Theme by Compete Themes.