Press "Enter" to skip to content

75 tələbə üçün təqaüd

Son yeniləmə: 2 Avqust 2024 10:24

BAYRAQDAR MEDİA – Bu il 9-cu dəfə keçiriləcək Çağırgan Yörük və Türkmən Festivalı şənbə günü başlayacaq.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “saat 13.00-da başlayacaq tədbir zəngin proqramla iştirakçılara xoş anlar yaşadacaq. Gündüz proqramı çərçivəsində aşura və keşkək süfrəsi veriləcək, yerli incəsənət ustalarının konsertləri və xalq rəqsləri nümayiş olunacaq. Bundan əlavə, gündüz proqramı böyük Yörük köçü ilə başa çatacaq”.

Məlumata görə, Çağırgan Kültür və Həmrəylik Dərnəyinin rəhbərliyi ilə təşkil edilən bu tədbir həm də dərnəyin üç ildir böyük həssaslıqla həyata keçirdiyi təqaüd kampaniyası üçün mühüm fürsət olacaq: “Saat 20.30-da başlayacaq axşam proqramında 75 tələbənin təqaüdü toplanacaq. Proqram türk xalq musiqisinin qüdrətli səsi Elif Buse Doğanın konserti ilə tamamlanacaq. Tədbir iştirakçılara əyləncəli anlar yaşatmaq və təhsilə əhəmiyyətli dəstək vermək məqsədi daşıyır. Çağırgan Mədəniyyət və Həmrəylik Dərnəyi bütün ictimaiyyəti bu mənalı festivala dəvət edib”.

Mission News Theme by Compete Themes.