Press "Enter" to skip to content

Özgür Özel: Partiyaya xəyanət edənləri isə bağışlamıram

Özgür Özel

BAYRAQDAR MEDİA – “CHP Türkiyənin ən böyük və ən sevgi dolu ailəsidir. Bu ailənin qurucusu Qazi Mustafa Kamal Atatürkdür. Əgər bu ailə seçkiyə gedirsə və kimsə onları başqa namizəd üçün işə götürürsə, bu, intizam pozuntusudur”.

Bunu Eskişehirdə media təmsilçilərinə açıqlama verən CHP genel başqanı Özgür Özel deyib.

Eskisehir.net saytının məlumatına görə, Ö.Özel xüsusilə Eskişehirdə seçki zamanı baş verənləri qəbuledilməz adlandırib: “Eskişehirdə dincliyi heç vaxt pozmamaq üçün “İntizam prosedurlarını aparmayın, dəlilləri əlinizdə olan yerə göndərin” dedik. Bunu bütün Türkiyədən istədik. 2300 fakt gəldi. Qanunla sübuta yetirilənləri əyalət intizam şuralarına göndərdik. Dedik ki, bizim bu dostlarımızın qanunumuzda hansı günahları varsa, xəbərdarlıq, töhmət, bir il müddətinə qovulma və ya tamamilə qovulma cəzalarını verə bilərsiniz. Biz partiyadaxili mühakimənin yolunu açdıq”.

Məlumata görə, Ö.Özel daha sonra deyib: “Mən bunu partiya sədri kimi deyirəm. Əgər əvvəllər partiyada olub mühüm vəzifələr tutmusunuzsa, amma son seçkidə partiyadan ayrılıb xəyanət etmisinizsə və belə bir kritik seçkidə “Eskişehiri Ayşe xanım deyil AK Parti qazansın” deyə çalışmışsınızsa, sizə bu ata evində yer yoxdur. Heç bir şəkildə. Bu qəbuledilməzdir. Xırda nöqsanlar, söyüş söyənləri, təhqir edənləri bağışlayıram, partiyaya xəyanət edənləri isə bağışlamıram”.

Mission News Theme by Compete Themes.