Press "Enter" to skip to content

İTN Cevdet Çakırov və DPS-dən xaric edilən deputatlarla görüşüb

Son yeniləmə: 1 Avqust 2024 11:59

BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət arayışları davam edir. Bu arada “İma Takav Narod” Parlament Qrupunun sədr müavini Stanislav Balabanov, DPS-nin fəxri sədri Dr. Ahmet Doğanın liderliyində DPS-nin birliyinə tərəfdar olduqlarını bəyan edən bir qrup millət vəkili ilə görüşüb.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “prioritetlərin və qanun layihələrinin cəmiyyət üçün vacib olduğunu vurğulayan S.Balabanov digər siyasi liderləri də eqolarını boğmağa, Bolqarıstan cəmiyyəti adından praktiki düşünmək üçün müdriklik və iradə sahibi olmağa çağırıb”.

Məlumata görə, DPS sədri Cevdet Çakırov İTN ilə baxış və prioritetlərdə çoxlu üst-üstə düşdüyünə diqqət çəkərək, imkanlar minimal olsa belə, hökumət qurulacağı təqdirdə, məsuliyyət və imkanlarla aydın bir üfüqün olması lazım olduğunu söyləyib.

Mission News Theme by Compete Themes.