BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunda şəxsi heyətin mədəni asudə vaxtının səmərəli təşkili və ruh yüksəkliyinin daha da artırılması məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Bu barədə BAYRAQADR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “cari ilin fəaliyyət planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Ordusunda mədəni-kütləvi tədbirlər keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib”.
Məlumata görə tədbirlər çərçivəsində Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında şəxsi heyətə təqdim edilən hərbi-vətənpərvərlik mövzusunda musiqilər böyük maraq və alqışlarla qarşılanıb.