Son yeniləmə: 1 Avqust 2024 11:50
BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun (dsmf) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-iyul ayları ərzində 18 min 110 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 1-də DSMF-dən məlumat verilib.
Bildirilib ki, “müraciətlərin 7 min 90-ı ünvanlı dövlət sosial yardımı, 4 min 113-ü pensiya təyinatı, 4 min 544-ü sosial müavinət və təqaüd, 235-i sosial sığorta və fərdi uçot, 2 min 128-i isə digər istiqamətlər üzrə olub”.