Son yeniləmə: 31 İyul 2024 14:50
ABŞ-ın ən böyük beyin mərkəzi olan Atlantik Şurada bu barədə danışılıb
BAYRAQDAR MEDİA – Türkiyədə fəaliyyət göstərən Haber Global xəbər kanalının 30 iyul tarixli xəbərində Amerika Birləşmiş Ştatlarının ən böyük beyin mərkəzi olan Atlantik Şurada keçirilən strateji toplantıda Türkiyə və Azərbaycanla bağlı fikirlərə diqqət çəkilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, “Türkiyənin yüksələn müdafiə texnologiyaları və NATO-nun gələcəyi” başlıqlı toplantıda Türkiyənin xüsusilə pilotsuz döyüş vasitələri, süni intellekt və robot döyüş sənayesi sahəsində liderliyinə diqqət çəkilib: “Görüşdə, “Türkiyə təkcə İHA/SİHA texnologiyalarında deyil, həm də döyüş meydanında sınaqdan keçirilmiş və uğur qazanmış doktrinalarda qabaqcıl ölkədir”. ifadələrdən istifadə edilib”.
Məlumatda deyilir ki, Atlantika Şurasındakı görüşdə Türkiyənin müdafiə sənayesinə toxunularaq, bu texnologiyaların NATO ölkələrinə inteqrasiyasını təklif edilib:“Rusiyadan Çinə, İrandan Orta Doğuya qədər qlobal gərginliyin artdığı bir vaxtda ABŞ və Türkiyənin bir-birinə hər zaman olduğundan daha çox ehtiyacı var. Rusiya-Ukrayna müharibəsi qlobal müharibələrin mahiyyətinin necə dəyişdiyini ortaya çıxarsa da, Türkiyənin müdafiə sektoru və strateji mütəfəkkirləri bunu illər əvvəl görməyə müvəffəq olub. Türkiyə təkcə İHA-larla deyil, həm də süni intellekt sistemləri, pilotsuz quru və dəniz nəqliyyat vasitələri, enerji sektorundakı kreativ texnologiyaları ilə seçilir”.
Görüşdə bildirilib ki, “Türkiyə adi silahlarda da sürətlə irəliləyir. Məsələn, 2025-ci ildə ABŞ ordusundakı bütün 155 mm-lik artilleriya mərmilərinin təxminən 30 faizi Texasdakı türk şirkətinə məxsus istehsal xəttindən gələcək”.
Görüşdə çıxış edən Türkiyə Xarici İşlər Nazirliyi NATO və Avro-Atlantik Təhlükəsizlik Baş direktorunun müdafiə məsələləri üzrə müavini Volkan Öskiper Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının “nümunəvi əlaqələr” olduğunu bildirib: “Türkiyə-Azərbaycan müdafiə əlaqələri 1992-ci ildə başlamışdır. Üç-dörd ildən bir yenilənən bu münasibətlərin dinamikası onu həmişə müasir dövrün şərtlərinə uyğunlaşdırmaqdır. 1992-ci ildə Azərbaycan ordusu ilə birgə təlimlə başlayan proses indi qabaqcıl döyüş texnologiyalarına çevrilib. Azərbaycan ordusu NATO standartlarında ordudur”.