Press "Enter" to skip to content

Şərqşünas alimin biblioqrafik göstəricisi

Məşədixanım Nemətin biblioqrafiyası

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli epiqrafikaşünas alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Prof. “Şöhrət” ordenli Məşədixanım Səədulla qızı Nemətin biblioqrafik göstəricisi işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “vəsait alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1954-2013-cü illərdəki elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əhatə edir. M.Nemətin anadan olmasının 100 illiyi münasibəti ilə AMEA Rəyasət heyətinin Qərarına müvafiq olaraq tərtib edilən göstəricinin elmi redaktoru tarix elmləri doktoru Vəfa Quliyeva, redaktoru MEK-in Biblioqrafik nəşrlər şöbəsinin müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Türkan Vahidovadır”.

Daha sonra xəbərdə qeyd edilir ki, “alimin 60 illik elmi fəaliyyəti dövründə 12-dən artıq monoqrafiyası, 200 elmi məqaləsi, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu” nəşr olunub. Biblioqrafik göstərici tarixçilər, epiqrafika üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.

Mission News Theme by Compete Themes.