BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Koreyanın aparıcı tibb universitetlərindən biri olan Kyung Hee Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. T.Musayev, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu da diqqətə çatdırıb. Sonda Azərbaycanın nazir ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib”.
Sonra xəbərdə, “Azərbaycan xalqının yüksək qonaqpərvərliyini bildirən “Kyung Hee” Universitetinin nümayəndələri belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıblar. Həmçinin, SN ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub. Diqqətə çatdırılıb ki, ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunan Kyung Hee Universitet Sisteminə 50-yə yaxın köməkçi elmi-tədqiqat institutları daxildir” deyə bildirilir.
Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.