Son yeniləmə: 31 İyul 2024 09:09
BAYRAQDAR MEDİA – Düşənbədə autizmli uşaqların valideynlərinin təşəbbüsü ilə yeni inklüziv “The Friends House” kafesinin açılışı olub.
Bu barədə asiaplustj.info saytı məlumat yayıb.
Bildirilib ki, “kafe autizmli və Daun sindromlu istedadlı gəncləri işlə təmin edən unikal məkandır. Bu cür xüsusiyyətlərə malik olan bəzi insanlar müstəqil və məhsuldar həyat sürməyi bacarırlar – müvəffəqiyyətlə oxuyur və işləyirlər”.
Məlumata görə, “The Friends House” kafesinin missiyası məhz budur – sosial inteqrasiya və sinir inkişaf qüsurları olan insanların həyat keyfiyyətinin yaxşılaşdırılması: “Kafe əlilliyi olan şəxsləri işlə təmin etməklə yanaşı, həm də iş prosesində onlara təlim və dəstək göstərir”.