Press "Enter" to skip to content

Anadolu Universitetinin prorektorları bəlli olub

Anadolu Universiteti

Son yeniləmə: 31 İyul 2024 09:08

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin yeni dönəmində təyin olunan bütün prorektorların adı açıqlanıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın bir neçə gün imzaladığı təyinat qərarı ilə Prof. Dr. Fuat Erdal yenidən Anadolu Universitetinin rektoru vəzifəsinə təyin edilib.

Məlumata əsasən, Prof. Dr. F.Erdal rektor olduqdan sonra universitetdə dəyişikliklər başlayıb: “Beləliklə, 4 prorektordan 3-ü vəzifədən azad edilib. İşdən çıxarılan prorektorlar Fatih Temizel (maliyyə işləri üzrə prorektor), Süleyman Sözen (kadrlardan məsul prorektor) və Betül Demircidir (problemli təhsil və tərbiyə üzrə prorektor).

İyulun 30-da isə bütün prorektorlar bəlli olub: “Bunlar Prof. Dr. Semra Günay, Prof. Dr. Muhammet Recep Okur, Prof.dr. Canatay Hacıköylü, Prof.dr. Haşim Şahin və Prof. Dr. Ali Resul Usuldur”.

Mission News Theme by Compete Themes.