Press "Enter" to skip to content

Türkmən qazı gələn il Türkiyəyə göndərilə bilər

Qaz emalı zavodu

Son yeniləmə: 30 İyul 2024 11:14

BAYRAQADR MEDİA – Türkiyə gələn il İran və Azərbaycan üzərindən Türkmənistan qazının idxalına başlamağı planlaşdırır. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkə mediası qarşısında çıxışı zamanı deyib.

Bu barədə turkmenportal.com saytı məlumat yayıb.

Bildirilib ki, nazir “ilkin mərhələdə biz 2 milyard kubmetrə qədər türkmən qazının İran və Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması üzərində işləyirik” deyib.

Qeyd edilib ki, bu baxımdan infrastruktura əlavə böyük investisiyaların yatırılmasına ehtiyac yoxdur.

“Bununla belə, infrastrukturun inkişafının növbəti mərhələsi qaz kompressor stansiyaları da daxil olmaqla yeni boru kəmərini tələb edəcək. O zaman bu qaz Avropa bazarına göndərilə bilər” – nazir bildirib.

Alparslan Bayraktar bu məsələdə Azərbaycanla heç bir problem olmadığını qeyd edib və İranın da əməkdaşlığa qoşulacağı təqdirdə gələn il qaz təchizatının qurulacağına ümid etdiyini bildirib.

Mission News Theme by Compete Themes.