Son yeniləmə: 30 İyul 2024 09:42
BAYRAQDAR MEDİA – Türkiyənin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) beynəlxalq aləmdə tanınması ilə bağlı fəal diplomatiya həyata keçirdiyi dövrdə Almaniyanın ARD1 televiziyası KKTC-nin xəritəsini nümayiş etdirib.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Bildirilib ki, “Kıbrıs Barş Hərəkatının 50-ci ildönümünü qeyd edən proqramda KKTC-yə senzura tətbiq olunmaması Yunan mətbuatını hiddətləndirib”.
Məlumata görə, xəbər ARD1 televiziyasında təqdim edilərkən arxa planda Kıbrıs adasının, KKTC və rum hissəsinin xəritələri ayrı-ayrılıqda göstərilib: Xəbərdə KKTC xarici işlər naziri Tahsin Ertuğruloğlunun verdiyi açıqlamalar da yer alıb”.