Son yeniləmə: 30 İyul 2024 09:29
BAYRAQDAR MEDİA – Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “rayonun Gənclər evində keçirilən tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılıb, diskusiyalar təşkil olunub. “Milli-mənəvi dəyərlərimiz və Vətənə sevgi” mövzusu ətrafında təşkil olunan tədbirdə çıxış edən layihənin rəhbəri, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi üçün milli birliyə və vəhdətə ehtiyac olduğunu deyib. Qeyd edib ki, milli- mənəvi dəyələrimizin yaşadılması Vətənə sevgidən, torpağa bağlılıqdan, atributlarımıza sahib çıxmadan keçir”.
Məlumata görə, tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin əməkdaşı Kamran Sadullayev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Lalə Kərimova Fəxriyyə Muradova, rayon mərkəzi kitabxanasının əməkdaşları Leyla Məmmədova, Nəzakət Əmiraslanova və digərləri xalqımıza məxsuz milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində maarifləndirici işlərin aparılmasına və əhali arasında vahid mərkəzlərin yaradılmasına ehtiyac olduğunu bildiriblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.